Cümə günü axşam saatlarında AN-2 təyyarəsi Krasnodar diyarının Novokubanski rayonunda qəzaya uğrayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kuban üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Təyyarənin ekipajının taleyi barədə məlumat verilmir.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Novokubansk yanğın-xilasetmə qarnizonunun əməkdaşları dərhal qəza yerinə gəliblər.
İlk bölmələrin yerinə çatdıqdan sonra An-2 təyyarəsinin havada alışmadan qəzaya uğradığı müəyyən edilib. Fövqəladə Hallar Nazirliyindən təyyarənin heç bir bina və qeyri yaşayış obyüktinə xəsarət yetirmədiyi bildirilib.
Hadisənin nəticələrinin aradan qaldırılması üçün RSXM-dən 11 texnika olmaqla 31 nəfər və o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 11 nəfər əməkdaşı və 4 texnikası da cəlb olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB