Fransa enerjiyə qənaət etmək üçün "ayıq qalma" planı hazırlayıb

Fransa enerjiyə qənaət etmək üçün "ayıq qalma" planı hazırlayıb

Fransa prezidenti Emmanuel Makron ölkəsinə Rusiyadan qaz nəqlini tamamilə kəsmək barədə xəbərdarlıq edib və “Payızın əvvəli yəqin ki, ağır və çox çətin keçəcək” deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fransanın milli bayramı olan Bastiliya Günü münasibətilə paytaxt Parisdə keçirilən hərbi paradda enerji böhranı və Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışan E.Makron deyib: “Hökumət enerjiyə qənaət etmək üçün gecə işıqları söndürməkdən başlayaraq "ayıq qalma" planı hazırlayıb.

Fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsinin sonunu proqnozlaşdırmaq mümkün deyil və buna görə də Fransa xalqı qiymət artımlarına qarşı özünü hazırlamalıdır.

İnanıram ki, biz bu müharibənin davamına hazır olmalıyıq. Yay ayları, xüsusilə payızın başlanğıcı yəqin ki, çətin və çox çətin keçəcək.

Biz Rusiya qazı olmadan yolumuza davam etmək məcburiyyətində qalacağımız ssenariyə hazırlaşmalıyıq.

Avropada külək enerjisinə daha sürətli keçid və enerji sahəsində əməkdaşlığa çağırıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə