ABŞ prezidenti Fələstin xəstəxanalarına 100 milyon dollar bağışlayır
ABŞ prezidenti Cozef Bayden Şərqi Qüdsdəki Fələstin xəstəxanalarına 100 milyon dollar bağışlayacaqlarını bildirdi.
SİA-nın əldə etdiyi məlumata görə, Bayden İsrail, Fələstin və Səudiyyə Ərəbistanının da daxil olduğu Yaxın Şərq səfərinin üçüncü günündə işğal altındakı Şərqi Qüdsə gedib.
ABŞ prezidenti Qəzza və İordan çayının qərb sahilində fələstinlilərə xərçəng kimi ciddi xəstəliklər üçün sağlamlıq xidməti göstərən “Augusta Victoria” xəstəxanasına baş çəkib.
“Auqusta Victoria”nı "Fələstin səhiyyə sisteminin onurğa sütunu" adlandıran Bayden ABŞ-ın "fələstinlilərin mümkün olan ən yaxşı müalicəni əldə etmələrinə kömək üçün" Şərqi Qüdsdəki Fələstin səhiyyə təşkilatlarına "əlavə 100 milyon dollar dəstək" verəcəyini söyləyib.
Birləşmiş Ərəb Əmirliklərinin 25 milyon dollarlıq dəstəyini alqışladıqlarını qeyd edən ABŞ prezidenti deyib: "Digər ölkələri də önə çıxmağa və burada görülən həyati işləri dəstəkləməyə çağırıram.
Fələstinlilər və israillilər bərabər azadlıq, təhlükəsizlik, firavanlıq, ləyaqət və səhiyyə xidmətlərindən istifadə imkanlarına layiqdirlər. Bu, hamımızın ləyaqətli həyat sürməyimiz üçün vacibdir. ABŞ-ın Fələstin Departamenti Şərqi Qüdsdəki xəstəxana şəbəkəsinin davamlı və funksional olması, Fələstin xalqının layiq olduğu yüksək keyfiyyətli müalicəni təmin etməsi üçün İsrail hökuməti və bütün beynəlxalq tərəfdaşları ilə işləməyə davam edəcək”.
Qeyd edək ki, Şərqi Qüdsün Zeytun dağı bölgəsində yerləşən “Augusta Victoria” xəstəxanası işğal olunmuş Fələstin ərazilərində xərçəng xəstələri üçün şüa terapiyası və uşaq, böyrək dializini təmin edən yeganə tibb mərkəz kimi fəaliyyət göstərir.
Dünya Lüteran Federasiyası və Şərqi Qüds Xəstəxanalar Şəbəkəsindəki 6 səhiyyə təşkilatından biri tərəfindən idarə olunan “Augusta Victoria” 1948-ci ildən sonra fələstinli qaçqınlara tibbi xidmət göstərən əsas səhiyyə müəssisəsi olaraq BMT-nin Fələstinli Qaçqınlara Yardım (UNRWA) təşkilatı ilə birgə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB