Elə də böyük dağıntı yoxdur...

Elə də böyük dağıntı yoxdur...

Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov özünün Teleqram kanalında iyulun 1-də gecə saatlarında Qrayvoronda kvadrokopterdən kitabxananın binasına əldəqayırma partlayıcının atıldığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumatda xəbər verir ki, rayon rəhbərinin sözlərinə görə, hücum nəticəsində binaya elə də böyük ziyan dəyməyib. Hücumdan sonra hadisə yerinə müstəntiqlər və əməliyyat xidmətləri gəlib. Qladkov əlavə edib ki, əsas odur ki, dağıntı yoxdur.

Şəhər rəhbərliyi hansı ziyanın dəydiyini öyrənir və bərpa işlərinin planı hazırlanır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə