ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp (qızlıq soyadı Zelniçkova) 73 yaşında vəfat edib. Bu barədə Tramp ailəsinin siyasətçinin “Truth” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş bəyanatında deyilir. “ABC News”un məlumatına görə, o, ürək tutmasından dünyasını dəyişib. Həkimlər kömək üçün onun evinə gəlsələr də, qadını xilas etmək mümkün olmayıb.
SİA bu barədə rus saytlarına istinad edir.
“...İvana Tramp Nyu Yorkdakı evində dünyasını dəyişib. O, ilhamverici həyat yaşayan gözəl, gözəl, inanılmaz qadın idi”, - deyə ailənin açıqlamasında bildirilir.
Qeyd edək ki, İvana Tramp 1949-cu il fevralın 20-də Çexiyanın cənub-şərqində, Moraviyanın tarixi bölgəsində yerləşən Zlin şəhərində anadan olub. O, xizək üzrə təlimatçı, modelyer, tikinti biznesində layihələr üzərində işləyib, model kimi çalışıb və bir neçə kitab yazıb.
Onun Donald Trampla evliliyi 1977-ci ildən 1992-ci ilə qədər davam edib. Evlilikdə onların üç övladı var idi: Kiçik Donald Tramp, İvanka Tramp, Erik Tramp.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB