Hondurasın keçmiş prezidentinin oğlu güllələnib

Hondurasın keçmiş prezidentinin oğlu güllələnib

Hondurasın paytaxtında beynəlxalq cinayətkar qrupun üzvləri dörd gənci güllələyiblər.

SİA APA-ya istinadən xəbər verir ki, onların arasında ölkənin eks-prezidentini Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.

Hadisə iyulun 14-də səhər tezdən baş verib.

Polisin məlumatına görə, hadisə yerində azı yeddi silahlı olub.

Onlar gecə klubunun çıxışında ölkənin eks-prezidentinin oğlu Səid Lobo Sosanın da daxil olduğu 4 dostun əyləşdiyi maşını saxlayıblar.

Zərərçəkənlər maşından çıxarılaraq atəşə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə