“ABŞ və müttəfiqləri Kiyev rejimini gücləndirməyə çalışsalar…”

“ABŞ və müttəfiqləri Kiyev rejimini gücləndirməyə çalışsalar…”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova taxılın Ukrayna limanlarından təhlükəsiz çıxışı üçün 14 iyulda İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) dördtərəfli görüşündə mümkün razılaşmaların bəzi elementlərinin formalaşdırıldığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, paytaxt Moskvada təşkil edilən həftəlik mətbuat konfransında M.Zaxarova sözügedən mövzu ilə bağlı deyib: “Ukrayna taxılı üçün İstanbulda dördlü toplantı keçirildi. Görüşdə taxıl problemi ətraflı müzakirə edildi. Mümkün razılaşmaların bəzi elementlərini formalaşdırmaq mümkün oldu. Bu məsələlər Rusiya, Ukrayna və Türkiyədə hərbi qurumları arasında danışılır.

Taxılla bağlı görüşlər eyni formatda davam etdiriləcək.

Qərb ölkələri Ukraynaya silah göndərir. ABŞ və müttəfiqləri Kiyev rejiminin hərbi potensialını gücləndirməyə çalışsalar da, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı sürəcək və Rusiya hökuməti qarşıya qoyduğu bütün məqsədlərinə çatacaq”.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunan M.Zaxarova yaxın gələcəkdə bu məsələyə dəstək verməyə hazır olduqlarını bildirib, bu işin regionun sabitliyi və iqtisadi rifahı maraqlarına uyğun olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə