ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC öz Telegram kanalında məlumat yayıb.
Beləliklə, gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlar sanksiyalardan çıxarılıb. Bundan əlavə, “Qazprom”un Almaniyadakı keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH” və “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisələrindən də sanksiyalar götürülüb.
Qeyd edək ki, bu, Qərbin son vaxtlar sanksiyaları üçüncü belə yumşaltmasıdır.
Bundan əvvəl Kanada hakimiyyəti Berlinə “Şimal axını” üçün turbin köçürmək qərarına gəlib.
Və bundan sonra Litva Kalininqradın tranzit blokadasına son qoymağa razılaşıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB