Şri-Lankada baş nazir Ranil Vikremesinqin müvəqqəti prezident olmasından sonra yenidən başlayan etirazlarda 1 nəfərin öldüyü, 84 nəfərin yaralandığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezident ölkədən qaçdıqdan sonra baş nazirin müvəqqəti olaraq prezident olması etirazlara səbəb olub. Minlərlə insan baş nazirin ofisinə basqın edib. Basqın zamanı 1 nəfər gəncin nəfəs darlığından öldüyü bildirilib.
Polis butulka və yad əşyalarla hücum edən etirazçılara qazla müdaxilə edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB