Rusiya polisi külli miqdarda elektron siqaret müsadirə edib

Rusiya polisi külli miqdarda elektron siqaret müsadirə edib

Polis əməkdaşları Moskvada insan həyatı üçün təhlükəli olan 150 min ədəd elektron siqaret aşkar ediblər.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN məlumat verib.

Nazirliyin məlumatında göstərilir ki, paytaxtda 6 nəfər saxlanılıb. Onlardan üçü əcnəbidir. Onlar təhlükəsizlik normalarına cavab verməyən malları saxlamaqda və satmaqda şübhəli bilinirlər.

Yaşayış yerlərinə baxış keçirilərkən 150 min ədəd elektron siqaret və nağd valyuta aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə