Deyirsən, Moldovadan xətər gözlənilmir, bəs onda..?

...Qeyd edilməlidir ki, bu gün Rusiya ilə bağlı yaranmış şəraitdə hər şey ola bilər, yəni bu dəqiqə ruslardan nə desən gözləmək olar
Deyirsən, Moldovadan xətər gözlənilmir, bəs onda..?

"..Hazırda Dnestryanıdan Ukraynaya heç bir təhlükə yoxdur. Bu qənaətə Moldovanın daxili məlumatları və Tiraspoldakı işğal administrasiyası ilə müzakirələr əsasında gəlinir”.

SİA-nın rusdilli saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Moldova Prezidenti Maia Sandu “Moldova 1” telekanalının efirində deyib.

"Mən Ukrayna prezidentini əmin etdim ki, hazırda Dnestryanıdan heç bir risk yoxdur. Mən bizdə olan məlumatlara, eləcə də Tiraspol nümayəndələri ilə müzakirələrə istinad etdim", - Sandu bildirib.

Xatırladaq ki, iyunun sonunda Moldova prezidenti Ukraynaya səfər edib. Zelenski ilə birgə keçirdiyi brifinqdə dövlət başçısı analoji bəyanatla da çıxış edib.

"Biz Moldovanın Dnestryanı bölgəsində vəziyyətin inkişafını diqqətlə izləyirik və indiki mərhələdə regiondan gözlənilməz təhlükə görmürük", - Sandu o zaman deyib. Bu arada Ukrayna kəşfiyyatı bildirib ki, “MRT” adlanan qurumdakı kişilər Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalamağa çağırılır. Müəssisələrdə xüsusi görüşlər keçirilir, məşğulluq mərkəzlərində işsizlərə ilk növbədə RF Silahlı Qüvvələrinin sıralarına daxil olmaq təklif olunur.

“...Biz Moldovanın Dnestryanı bölgəsində vəziyyətin inkişafını diqqətlə izləyirik və indiki mərhələdə regiondan gözlənilməz təhlükə görmürük”.

Qeyd edək ki, Sandu bu sözləri Ukraynada olarkən demişdi.

Bu arada Ukrayna kəşfiyyatı Dnestryanı bölgəsindəki “MRT” adlanan qurumdakı kişilərin Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalamağa çağırıldıqlarını bildirib. Ukrayna kəşfiyyatının əldə etdiyi digər məlumata görə, müəssisələrdə xüsusi görüşlər keçirilir, məşğulluq mərkəzlərində işsizlərə ilk növbədə RF Silahlı Qüvvələrinin sıralarına daxil olmaq təklif olunur.

...Qeyd edilməlidir ki, bu gün Rusiya ilə bağlı yaranmış şəraitdə hər şey ola bilər, yəni bu dəqiqə ruslardan nə desən gözləmək olar.

...Əslində mən bunu özümdən kəşf etmirəm.

Belə ki, yəqin xatırlamış olarsınız, gərək ki, təqribən iki ay bundan əvvəl İtaliyanın “Rai 1” telekanalına müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Dnestryanıdan Ukraynaya hücum təhlükəsini də istisna etməmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə