“Iveco” Rusiyaya “əlvida” dedi…

“Iveco” Rusiyaya “əlvida” dedi…

Italiyanın yük maşını və avtobus istehsalçısı “Iveco Group” Rusiyadakı birgə müəssisənin (Iveco-AMT) kapitalını tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Şirkətin baş direktoru Gerrita Marks şirkətin öz payını indi keçmiş yerli tərəfdaşa keçirəcəyini, lakin bunun, bir qədər vaxt aparacağını bildirdi. Jurnalistlərin sövdələşmənin dəyəri ilə bağlı sualına cavabında o, “söhbət puldan getmir” deyib.

Qeyd edək ki, şirkətin Çelyabinsk vilayətinin Miass şəhərində italyanların 33 faizinə sahib olduğu "Iveco-AMT" birgə müəssisəsi var idi. O, neft-qaz, karotaj və mədən sənayesində tələbat olan yolsuzluq avtobusları və yük maşınları istehsal edirdi.

Qeyd edək ki, hələ mart ayında “Iveco” xüsusi əməliyyatla əlaqədar Rusiya Federasiyasında məhsullarının satışını dayandırdığını elan etnişdi. Xatırladaq ki, daha əvvəl yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Rusiyanın xüsusi tələblərinə cavab olaraq Rusiya bazarından müvəqqəti və ya tam “çıxma” (istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətinin dayandırılması) elan etmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə