Hulusi Akar taxıl dәhlizi ilә bağlı bәyanat verib

Hulusi Akar taxıl dәhlizi ilә bağlı bәyanat verib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Ukrayna limanlarındakı taxılın təhlükəsiz şәkildә çıxarılması ilә bağlı hərbi nümayəndə heyətləri arasında danışıqların İstanbulda keçiriləcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Hulusi Akar verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həlli ilə bağlı apardığı diplomatik danışıqların müsbət irәlilәdiyini deyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın müdafiə naziri Oleksii Reznikovla da görüşlər keçirdiyini xatırladan Hulusi Akar Türkiyə, Ukrayna və Rusiya arasında birbaşa görüşlәrin keçirildiyini deyib.

Hulusi Akar ərzaq böhranının həlli üçün Milli Müdafiə Nazirliyinin heyətinin Moskvaya getdiyini və Rusiya hərbi heyəti ilə görüşdüyünü, daha sonra Ukrayna hərbi heyətinin Milli Müdafiə Nazirliyinə gəldiyini qeyd edib.

“Bütün bu görüşlərdən sonra İstanbul şəhərində Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması ilə bağlı danışıqlar aparacaq”, -deyə Hulusi Akar vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə