Bugünkü məlumata görə, “Qazprom” Ukrayna ərazisindən Sudja stansiyası vasitəsilə təsdiqlənmiş həcmdə qaz tədarük edir – 41,3 milyon kubmetr. Əvvəllər olduğu kimi, Sohranivka stansiyasında müraciətə rədd cavabı verilib. Bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumat verib.
İyulun 11-də Moskva vaxtı ilə saat 07:00-da mexaniki komponentlərin və avtomatlaşdırma sistemlərinin sınaqdan keçirilməsi də daxil olmaqla, profilaktik işlərin aparılması məqsədilə boru kəmərinin hər iki xətti üzrə “Şimal axını” ilə qaz nəqli dayandırılıb.
Rusiya qazı bu müddət ərzində Qərbi və Mərkəzi Avropaya yalnız Ukrayna ərazisindən tranzitlə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB