Şri-Lankada fövqəladə vəziyyət elan edilib

Şri-Lankada fövqəladə vəziyyət elan edilib

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa hərbi təyyarə ilə ölkəni tərk etdikdən sonra Şri-Lankada fövqəladə vəziyyət elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rajapaksa bu gün səhər tezdən əsas beynəlxalq hava limanından havaya qalxan Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib. Prezident həyat yoldaşı və mühafizəçisi də daxil olmaqla ümumilikdə 4 sərnişinlə birlikdə Maldiv adalarına qaçıb.

Qeyd edək ki, ölkədəki iqtisadi böhran səbəbilə başlayan etirazlar nəticəsində TBMM sədrinə istefa verəcəyini açıqlayan Rajapaksa ötən bazar ertəsi istefa məktubunu imzalayaraq hökumətə göndərib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə