Van der Bellenin əsas rəqibi müəyyənləşib

Van der Bellenin əsas rəqibi müəyyənləşib

Oktyabrın 9-da Avstriyada keçiriləcək növbəti prezident seçkilərində dövlət başçısı Aleksander Van der Bellenin əsas rəqibi müəyyənləşib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aparıcı müxalifət partiyalarından biri olan Avstriya Azadlıq Partiyası (FPÖ) Hofburq uğrunda seçkilərdə öz namizədi kimi Valter Rozenkrantsın adını açıqlayıb. Namizədin rəsmi təqdimat mərasimi isə iyulun 13-də keçiriləcək.

Partiya sədri Herbert Kikl bildirib ki, partiyanın prezidiumu yedkil şəkildə V.Rozenkrantsın namizədliyini təsdiqləyib.

1962-ci ildə Krems şəhərində doğulan V.Rozenkrants ixtisasca hüquqşünasdır. 1988-ci ildən indiyədək əyalət və federal səviyyədə Avstriya Azadlıq Partiyasını təmsil edib. 2008-2019-cu illərdə Avstriya Parlamentinin üzvü olan V. Rozenkrants 2019-cu ildə xalq vəkili (parlament ombudsmanı) vəzifəsinə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə