Xanım Baydenin üzrxahlığı...

Bu arada Baydenin üzrxahlığını Amerika liderinin həyat yoldaşının rəsmi nümayəndəsi Maykl Laroza öz "Twitter" səhifəsində yazıb.

SİA bu barədə “TASS”a istinad edir.

Birinci xanım onun sözlərinin Latın Amerikası ictimaiyyətinə sırf heyranlıqdan və ona olan məhəbbətdən daha çox şey daşıdığına görə üzr istəyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ağ Ev rəhbərinin həyat yoldaşı Texasda çıxışı zamanı müxtəliflik və ispaniklər haqqında danışaraq, onları dolmalarla müqayisə etmişdi.

“Bronks içki dükanları qədər müxtəlif, Mayami çiçəkləri qədər gözəl və San Antonioda səhər yeməyi takoları qədər bənzərsiz olan bu cəmiyyətin müxtəlifliyi sizin gücünüzdür”.

Fikirlər xanım Baydenə məxsusdur.

Bundan sonra İspan Jurnalistlərinin Milli Assosiasiyası Amerika liderinin həyat yoldaşını və onun çıxış edənlər qrupunu İspan müxtəlifliyi ilə bağlı çətin məsələni daha yaxşı başa düşməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə