Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Ukrayna prezidenti Vladimir Zelenskinin bütün ölkə ərazisini “azad etmək” vəzifəsini qarşıya qoyduğunu bildirib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Reznikovun Ukraynanın cənubunda hücum planının hazırlanması ilə bağlı sözlərini belə şərh edib.
Söhbət təkcə Xerson vilayətindən deyil, bütün ölkənin işğaldan azad edilməsindən gedir. Prezident isə hərbçilərimizin qarşısına vəzifə qoyanda bütün Ukraynanı nəzərdə tutur”, - Danilov bildirib.
Ukrayna hakimiyyətinin nümayəndəsi qeyd edib ki, bütün əraziləri “birdən-birə azad etmək” mümkün olmayacaq, yeganə sual “vaxt və prioritet”dir.
“...Təbii ki, biz bütün əraziləri birdən azad edə bilmərik, lakin Ali Baş Komandan qarşıya vəzifə qoyur ki, bütün ərazilərimiz azad edilsin. Bu, yalnız zaman və ardıcıllıq məsələsidir”. – Bunlar Danilovun sözləridir.
…Guya bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin cənubunun qaytarılması planını açıqlamaqdan imtina etdiyi bildirilirdi.
Əslində, SİA-nın rus saytlarından iqtibas etdiyi bu yazıdakı fikirlər rus yanaşmaları kimi qəbul eilməlidir. Təbii ki, ruslar rus saytlaında Ukraynanın hər hansı bir uğuru barədə yazanda da, təhrifdən qurtula bilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB