Vladimir Putin ukraynalılara Rusiya vәtәndaşlığı verir

Vladimir Putin ukraynalılara Rusiya vәtәndaşlığı verir

Rusiya prezidenti Vladimir Putin Ukrayna vətəndaşlarının Rusiya vətəndaşlığı alması qaydalarını sadələşdirən fərman verib. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya Dövlət İnformasiya Sistemində yayımlanan qərara əsasən, Vladimir Putin Rusiya vətəndaşlığının verilməsinin asanlaşdırılmasını nəzərdə tutan fərmanın əhatə dairəsini genişləndirib.

Fərmanda deyilir ki, Rusiya tərəfindən tanınmış separatçı respublikalardakı Ukrayna vətəndaşları və Ukraynanın bütün bölgәlәrindә yaşayan yaşayan şəxslər Rusiya pasportunun sadələşdirilmiş qaydada alınması üçün müraciət edə bilərlər.

Rusiya pasportunun alınması üçün sadələşdirilmiş qaydalar bundan əvvəl yalnız Ukraynanın separatçı Donetsk və Luhansk vilayətinin, qismən də Xerson və Zaporojye vilayətlərinin Rusiya qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sakinlərinə şamil edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə