Yunanıstan Rusiya Federasiyasının Mariupol və Odessa vilayətində törətdiyi hərbi cinayətlərin araşdırılması tələbi ilə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Odessa Vilayət Hərbi İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Odessaya işgüzar səfərə gəlib və Odessa OVA-nın rəhbəri Maksim Marçenko ilə görüşüb. Qonaq Odessada yunan cəmiyyətlərinin nümayəndələri ilə də görüşüb, Odessa Milli Akademik Opera və Balet Teatrında olub, Yunanıstanın Baş Konsulluğu ilə Odessa vilayətinin Dövlət Arxivi arasında maraq doğuran arxivlərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Marçenko Yunanıstan xarici işlər nazirinə Rusiya ordusunun bilavasitə Odessa və Odessa vilayəti ərazisinə endirdiyi raket zərbələrinin dəhşətli nəticələri barədə məlumat verib. Nikos Dendias Odessada olarkən Rusiya ordusunun təkcə Mariupolda deyil, həm də Odessa və Odessa vilayətində törətdiyi hərbi cinayətlərin araşdırılması tələbi ilə Afina Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bildirib.
Yunanıstan Beynəlxalq Ədalət Məhkəməsindən Mariupolda baş vermiş hərbi cinayətlərin araşdırılmasını da xahiş edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB