BMT: ‘‘2021-ci ildә münaqişәlәr sәbәbindәn 2 515 uşaq ölüb’’

BMT: ‘‘2021-ci ildә münaqişәlәr sәbәbindәn 2 515 uşaq ölüb’’

Ötən il münaqişəlәrin yaşandığı bölgәlәrdә 2 515 uşağın öldürüldüyü, 5 555 uşağın isə iflic vәziyyәtinә düşdüyü bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinin hazırladığı hesabatda bildirilib. Mәlumata әsasәn, BMT Baş Katibliyi “2021 Uşaqlar və Silahlı Münaqişələr” adlı hesabatını yayımlayıb.

Hesabatda uşaqlara qarşı ən ciddi pozuntuların Əfqanıstan, Konqo Demokratik Respublikası, İsrail, İşğal olunmuş Fələstin torpaqları, Somali, Suriya Ərəb Respublikası və Yəməndə olduğu qeyd olunub.

Hesabatda bildirilib ki, 2021-ci ildə münaqişәnin yaşandığı bölgələrində uşaqlara qarşı cinsi zorakılıq hallarında 20 faizdən çox artım müşahidә olunub.

Hesabatda hәmçinin münaqişәlәr sәbәbindәn məktəblərin bağlandığı, mәktәblәrin hərbi məqsədlər üçün istifadə edildiyi, mәktәb vә xәstәxanalara edilәn hücumların beş faiz artığı bildirilib. Hesabatda vurğulanıb ki sözügedәn pozuntuların 55 faizi qeyri-dövlət aktyorlar, 25 faizi isə dövlət qüvvələri tərəfindən törədilib. Münaqişənin yaşandığı bölgәlәrdә 23 982 uşağın zorakılığa məruz qaldığı vurğulanıb.

Münaqişә sәbәbindәn 2 515 uşağın öldürüldüyü, 5 555-nin iflic vәziyyәtinә düşdüyü, 3 945 uşağın isә hәbs edildiyi qeyd olunub.

Hesabatda bildirilir ki, uşaq itkilərinin 25 faizindən çoxu əldəqayırma partlayıcı qurğular, partlayıcı qalıqları və minalarla bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə