İspaniya Ukraynaya silahlar verir...

İspaniya Ukraynaya silahlar verir...

İspaniya Müdafiə Nazirliyi on “Leopard 2A4” tankı və ondan artıq “M113” zirehli transportyorunu Ukraynaya təhvil verməyə hazırlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İnfodefensa” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, qeyd olunan avadanlıqlar hazırda anbarlardadır və istifadə olunmur. Onun Kiyevə təhvil verilməsinin “üçbucaq” modelinə uyğun qurulacağı güman edilir: tanklar və zirehli transportyorlar Ukraynanın mülkiyyətinə çevrildikdə, Kiyev hakimiyyəti onların İspaniyada modernləşdirilməsini Avropa Sülhə Dəstək Fondunun vəsaiti hesabına maliyyələşdirəcək.

Bunun üçün Ukrayna tərəfi İspaniya şirkətləri ilə müqavilə imzalamalı olacaq. Son mərhələ tankların və zirehli transportyorların birbaşa döyüş bölgəsinə köçürülməsi olacaq.

“Infodefensa”nın qeyd etdiyi kimi, əvvəllər İspaniya hökuməti Kiyevə müdafiə silahlarının tədarükü ilə məhdudlaşırdı.

Yeti gəlmişkən, NATO və Avropa İtifaqının Ukraynaya silah ötürülməsinə nəzarəti gücləndirmək istəyi məlum olub. Çünki əks təqdirdə onların qara bazara düşmə riski artır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə