Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının üzvlәrinә çağırış edib

Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının üzvlәrinә çağırış edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasını Suriyaya yardım çatdırılması mәsәlәsindә konsensus əldə etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edәn BMT Baş katibinin sözçünün müavini Fərhan Haq bildirib ki, Antonio Quterreş Təhlükəsizlik Şurasına Türkiyə üzərindən Suriyaya humanitar yardımın çatdırılması mәsәlәsindә razılığın әldә olunması ilә әlaqәdar çağırış edib.

Fərhan Haq deyib:"Biz Suriyaya humanitar yardımın çatdırılması ilә bağlı BMT Təhlükəsizlik Şurasının üzvləri arasında davam edən müzakirələrin nəticəsini gözləyirik. Üzvlər arasında әldә olunacaq razılıq Suriyada humanitar yardıma möhtac insanlara yardımın çatdırılması üçün çox vacibdir’’.

Haq xatırladıb ki, Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının üzvlәri ilә keçirdiyi görüşdә suriyalılara humanitar yardımın çatdırılmasının vacibliyini vurğulamışdı.

Qeyd edәk ki, BMT Tәhlükәsizlik Şurasının üzvlәri olan Rusiya, Çin, Amerika Birləşmiş Ştatları, Fransa və İngiltәrә Suriyaya yardımın çatdırılması mәsәlәsindә razılıq әldә etmәlidirlәr.

Bütün xəbərlər Facebook səhifəmizdə