NASA kainatın ən dərin mənzərəsini paylaşdı

NASA kainatın ən dərin mənzərəsini paylaşdı

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopunun ilk elmi görüntüsünü yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu şəkil indiyə qədər çəkilmiş ilk kainatın ən dərin və ən kəskin infraqırmızı şəkli kimi qeydə alınıb. Şəkil bizə 13 milyard il çatan qalaktikaların işığını əks etdirir.
10 milyard dollar dəyərində olan James Webb Kosmik Teleskopu ötən il dekabrın 25-də istifadəyə verilib. James Webb Teleskopu məşhur Hubble Kosmik Teleskopunun varisi kimi təsvir edilir. Kainatın bu günə qədərki ən təfərrüatlı təsviri olaraq xarakterizə edilən bu görüntü Ağ Evdə keçirilən məlumat toplantısında ABŞ prezidenti Co Baydenə göstərilib. Jamess Webb Teleskopu tərəfindən çəkilmiş digər görüntülərin bu gün NASA tərəfindən dərc ediləcəyi gözlənilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə