Meymunçiçəyinə ilk yoluxma - FAKTI

Meymunçiçəyinə ilk yoluxma - FAKTI

Rusiyada meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Sahəsində Nəzarət Federal Xidməti bildirib.

Qeyd olunur ki, virus Avropa ölkələrində səyahətdən sonra Rusiyaya qayıtmış şəxsdə aşkar edilib.

Xəstədən götürülmüş nümunələr meymunçiçəyinə yoluxmanı təsdiq edib.

Hazırda onun təmasda olduğu şəxslərin müəyyənəşdirilməsi aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə