Türkiyә vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

Türkiyә vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüşdә Suriyadakı vәziyyәtlә yanaşı, Ukrayna-Rusiya müharibәsi vә Qara dәnizdә taxıl ixracı üçün tәhlükәsiz dәhlizin yaradılması mәsәlәsi müzakirә olunub.

Rəcəb Tayyib Әrdoğan söhbәt zamanı Ukrayna vә Rusiya arasındakı müharibәnin sülh vә müzakirә yolu ilә sona çatdırılmasının vacibliyini vurğulayaraq Türkiyənin danışıqlar prosesinin canlanmasına töhfə verməyə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə