Böyük Britaniyanın baş nazirliyinə namizəd, Maliyyə Nazirliyinin keçmiş rəhbəri Rişi Sunak “Rusiya izi” tapıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.
Mühafizəkarlar Partiyasının lideri postunu tutmağa əngəl ailə biznesi ola bilər. Sunak və həyat yoldaşı Akshati Murthy yalnız aprel ayında Rusiyadan çıxdığını elan edən “IT Infosys”ə sahibdirlər. Yəni, London Ukraynada xüsusi əməliyyat başlayandan sonra Moskvaya qarşı sanksiyalar tətbiq edib və Sunak bir müddət Rusiya bazarında gəlir əldə etməyə davam edərək, Böyük Britaniyadan olan digər şirkətləri Rusiyaya investisiya yatırmaqdan çəkinməyə çağırıb.
İyulun 8-də Sunak Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. “Mən Mühafizəkarlar Partiyasının növbəti lideri və baş nazir olacağam. Gəlin inamı bərpa edək, iqtisadiyyatı bərpa edək və ölkəni birləşdirək”, - deyə o bildirib.
Qərb mediasına görə, Sunak xarici işlər naziri Liz Truss və kiçik ticarət siyasəti naziri Penni Mordauntla birlikdə baş nazirliyə ən çox ehtimal olunan namizədlərdən biridir.
Qeyd edək ki, iyulun 7-də baş nazir Boris Conson istefa verdiyini açıqlayıb. O, Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər hökumət başçısı vəzifəsini davam etdirəcək. Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB