Kubada Abe üçün matəm elan olunub

Kubada Abe üçün matəm elan olunub

Kuba rəhbərliyi Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi ilə əlaqədar matəm elan etmək qərarına gəlib. Belə ki, iyulun 11-də ölkədə matəm elan olunacaq. Kubanın hərbi və digər dövlət qurumlarında dövlət bayraqları yarıya qədər endiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Prensa Latina” xəbər verir.

Xatırladaq ki, Abeyə sui-qəsd iyulun 8-də o, parlamentin yuxarı palatasına seçkilər öncəsi seçki kampaniyası çərçivəsində Nara şəhərində çıxış edərkən baş verib. Yaponiyalı Tetsuya Yamaqami əldəqayırma odlu silahdan keçmiş baş nazirə iki atəş açıb. Abe xilasedici helikopterlə xəstəxanaya aparılıb. Həkimlər bir neçə saat onun həyatı üçün mübarizə aparsalar da, keçmiş baş naziri xilas edə bilməyiblər.

Abe iyulun 12-də doğulduğu Şimonoseki şəhərində dəfn olunacaq.

Xatırladaq ki, bundan əvvəl Hindistanın baş naziri Narendra Modi Abenin ölümü ilə əlaqədar ölkədə bir günlük milli matəm elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə