Britaniyanın XİN başçısı da Baş nazir olmaq istəyir

Britaniyanın XİN başçısı da Baş nazir olmaq istəyir

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkar Partiyanın lideri və Baş nazir vəzifələrinə namizədliyini irəli sürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir bildirib ki, qlobal iqtisadi böhran fonunda daxildə ən böyük problemlərlə üzləşilib.

“Növbəti seçkilərə hazırlaşmaq üçün iki ildən az vaxt qalıb. "Çətin mübarizə olacaq, lakin Britaniya xalqına verdiyi vədləri yerinə yetirməklə qalib gəlmək olar. Mən namizədəm. Vədləri yerinə yetirə və sərt qərarlar verə bilirəm”,- deyə Trass bidlirib.

Bütün xəbərlər Facebook səhifəmizdə