Ukraynanın Energetika Nazirliyi sosial şəbəkələrdə Kanada hakimiyyətini “Şimal axını” boru kəməri ilə qaz nəqlinin davam etdirilməsi üçün zəruri olan “Siemens” turbininin qaytarılması qərarını ləğv etməyə çağırıb.
SİA bu barədə rus saytlarına istinad edir.
“Biz Kanada hökumətini bu qərarı ləğv etməyə, həmçinin sanksiyalar rejiminin bütövlüyünü təmin etməyə çağırırıq”, - nazirlik bu addımdan məyus olduğunu bildirib.
Departament hesab edir ki, Rusiya Almaniyaya qaz tədarükünü “artıq ödədiyi Ukrayna vasitəsilə tranzit imkanlarının” köməyi ilə turbinsiz davam etdirə bilər.
“Şimal axını 1” kompressor stansiyası ehtiyat turbinlər də daxil olmaqla bir neçə turbinlə təchiz olunub. Yalnız bir turbin hazırda Kanadadadır”, - deyə Ukrayna Energetika Nazirliyi əlavə edib.
Bu arada “Reuters” agentliyi mənbəyə istinadən Kanadanın qərarı barədə yazıb. Deyilənə görə, turbin Almaniyaya göndəriləcək, sonra isə “Qazprom”a təhvil veriləcək.
Qeyd edək ki, Ukraynanın qaz nəqli sistemi operatorunun rəhbəri Serhiy Makoqon bu addımı “çox pis presedent” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB