Türkiyədə zəlzələ olub

Türkiyənin Van vilayətinin Tuşba bölgəsində 4,1 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 12:37-də yeraltı təkanlar hiss olunub.

Hələlik dağıntı və tələfat aşkar olunmayıb. Araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə