Atışma...bu dəfə supermarketin dayanacağında

Atışma...bu dəfə supermarketin dayanacağında

ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində supermarketin dayanacağında atışma baş verib. Hadisə nəticəsində azı iki nəfər həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarına istinadən Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, insident iyulun 9-da yerli vaxtla saat 10:25 radələrində baş verib. Deyilənə görə, dayanacaqdakı atışmadan əvvəl supermarketdə atışma olub.

Polis atışma zamanı bir kişi və mağazanın mühafizəçilərindən birinin həlak olduğunu bildirib. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü şərəfinə keçirilən paradda atışma baş verib. Nəticədə 6 nəfər ölüb, 30-a yaxın insan yaralanıb, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. Atışmada şübhəli bilinən 22 yaşlı ağdərili kişi həbs edilib. Hələ ki, hadisənin motivləri araşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə