Kolumbiyada avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb

Kolumbiyada avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb

Kolumbiyanın mərkəzi Boyaka departamentində avtobus qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Sürücünün idarəetməni itirməsi səbəbindən baş verən qəza nəticəsində 4 nəfər ölüb, 27 nəfər yaralanıb.

Yaralılardan bir neçəsi hazırda xəstəxanadadır.

Ölənlər arasında bir azyaşlı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə