İndiki hakimiyyətin boş yerə başqa ştatlara mənəviyyat oxuduğunu deyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp millətinn tənəzzülə uğradığını “etiraf edib”.
“...Biz tənəzzülə uğrayan bir xalqıq. Ölkəmiz diz çökdürüldü, dünya qarşısında aşağılandı, zəiflədildi. Küçələr cinayətin günahsız qurbanlarının qanı ilə örtüldüyü halda, başqa insanlara və ölkələrə öz demokratiyaları haqqında mühazirə oxumağa cəsarətləndi... Sürətlə böyüyən vəhşiliyi dayandırmasaq, bizim ölkəmiz qalmayacaq”.
Qeyd edək ki, SİA bunu “RİA Novosti”-yə istinadən bildirir.
Keçmiş Amerika lideri qeyd edib ki, cinayətin qarşısının alınması sahəsində siyasət kifayət qədər zəif olduğundan, ilk növbədə, dövlətləri daha təhlükəsiz etmək lazımdır. Nümunə olaraq o, iyulun 4-də Çikaqo şəhərətrafında baş vermiş qətliamı göstərib.
Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, İllinoys ştatında ABŞ-ın Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı da kütləvi atışma olmuşdu. Son məlumatlara görə, həmən insident nəticəsində 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB