Moskva bu il beynəlxalq müsəlman forumuna ev sahibliyi edəcək

Moskva bu il  beynəlxalq müsəlman forumuna ev sahibliyi edəcək

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdin Qurban bayramı ərəfəsində “Rusiya 24” telekanalına verdiyi müsahibəsində Volqa Bolqarıstanının İslamı qəbul etməsinin 1100 illiyinin qeyd olunması çərçivəsində bu il Moskvada Beynəlxalq İslam Forumu keçiriləcəyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, yubileylə bağlı tədbirlər davam edir, yekunu isə Moskvada keçiriləcək. Ruhani İdarəsinin sədri beynəlxalq müsəlman forumuna təkcə Yaxın Şərq və Sakit okean regionundan deyil, həm də Avropanın müxtəlif ölkələrdən hörmətli qonaqlar toplaşacağını da bildirib.

“Qardaşlarımız bizə gəlməyə, bizimlə birlikdə sevinməyə, qərar qəbul etmək üçün forumun müzakirəsinə çıxaracağımız məsələləri nəzərdən keçirməyə hazırdırlar”, - deyə Qaynutdin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə