...Kanadanın Rusiyaya qarşı növbəti sanksiyaları, o cümlədən Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı məhdudiyyətlər kobudluqdur və buna cavab veriləcək.
Qeyd edək ki, TASS agentliyi bunu Rusiyanın Ottavadakı diplomatik missiyasının bəyanatına istinadən xəbər verir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səfirliyin yaydığı bəyanatında Trüdo rejiminin yeni anti-Rusiya hücumu rəsmi Ottavanın acizliyi kimi təqdim edilir.
Bəyanatda daha sonra deyilir: Kanada hakimiyyəti media nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməklə bütün dünyaya nümayiş etdirir ki, Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı həqiqəti eşitmək istəmirlər və ya istəməkdən qorxurlar. Bu cür açıq senzura və söz azadlığına qoyulan məhdudiyyətlər Kanada kvazi-demokratiyasının totalitar mahiyyətini bir daha vurğulayır
Onlar Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin məhdudiyyətlər siyahısına daxil edilməsini “görünməmiş” adlandırıblar.
“...Bu, bütün dünyada yüz milyonlarla izləyicisi olan Rus Pravoslav Kilsəsinin primatına qarşı küfrdür. Bundan sonra Kanadanın bütün inancların hüquqlarına hörmət edilən ölkə sayılmağa mənəvi haqqı yoxdur. Rusiyanın bu cür kobudluğa və qaranlıqlığa cavabı adekvat olacaq və çox çəkməyəcək”.
Qeyd edək ki, bu da bəyanatda bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB