Hindistanda leysan yağış 15 nəfərin həyatına son qoyub

Hindistanda leysan yağış 15 nəfərin həyatına son qoyub

Hindistanda leysan yağış nəticəsində 15 nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Amarnath mağarası ərazisində baş verib.

Daha 40 nəfərin itkin düşdüyü bildirilir.

Hind-Tibet sərhəd polisinin nümayəndəsinin məlumatına görə, ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub.

Məlumata görə, hava şəraiti sabitləşən kimi ziyarət gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə