Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti Amerika “F-35” qırıcılarının Tallin yaxınlığındakı Əmari aviabazasına köçürüldüyünü elan edir.
SİA bu barədə rus saytlarına istinad edir.
Hazırda orada Fransanın “Mirage-2000” təyyarələri və Belçikanın “F-16”-larının yerləşdirildiyi bildirilir. Deyiləmə görə, Amerika qırıcıları “Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını gücləndirmək” üçün aviabazaya gəliblər.
...Baltikyanı ölkələrin hava məkanında patrul xidməti üçün uyğun təyyarələri yoxdur. Buna görə də Baltikyanı ölkələr NATO-ya daxil olan 2004-cü ildən alyans ölkələrinin təyyarələri növbə ilə hava məkanını qoruyur.
Qeyd edək ki, bir müddət bundan əvvəl Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak bildirmişdi ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə Baltik dənizi blok üçün “daxili dənizə” çevriləcəyini bildirmişdi.
Nazirin sözlərinə görə, bunu ölkənin təhlükəsizliyi üçün etmək lazımdır, çünki İsveç və Finlandiyanın alyansa daxil olması ilə Baltik hövzəsi ölkələri daha təhlükəsiz olurlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB