Ruslar “HIMARS” raketi qarşısında acizdirlər...

Ruslar “HIMARS” raketi qarşısında  acizdirlər...

Ruslar “HIMARS” çoxsaylı buraxılış raket sistemlərinə qarşı acizdirlər. Məsələ bundadır ki, onlar bu silaha qarşı heç bir reaksiya verə bilmirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “Radio NV”-nin efirində hərbi ekspert Oleq Jdanov deyib.

Onun dediyinə görə, ruslar (təkcə ruslarmı?) bu raketin qarşısını almaq mümkün deyil. Əgər biz onu nişan alıb atəş açsaq, o zaman 70 km məsafədə ən böyük üç metrlik sapma ilə hədəfi vurur. Bu raketdən qorunma yoxdur. Bu raketdən yalnız onun atıldığı vaxtdan əvvəl xəbərdar olub qaça bilsən…bu vaxt sağ qalmaq ehtimalı var.

Jdanova görə, bu səbəbdən Rusiya Ukraynaya yüksək dəqiqlikli uzaqmənzilli Qərb silahlarının verilməsinin qarşısını almağa hər cür cəhd edir.

Onlar istənilən ölkəyə təzyiq edirlər. “Ukraynaya silah tədarükünü dayandırın, bu, qarşıdurmaya gətirib çıxarır”-deyirlər. Onların fikrincə Ukrayna ərazilərində raket hücumları həyata keçirməsi qarşıdurma deyil?

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov müttəfiqlərin artıq Ukraynaya 9 MLRS HIMARS və analoji sistemlər tədarük etdiklərini bildirib.

Danilovun sözlərinə görə, bunlar güclü silah olsalar da, lakin Ukrayna daha çox sayda raket sistemlərinə ehtiyac duyur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə