Estoniyanın baş naziri Kaya Kallas vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS agüntliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Kallas “sadəcə olaraq, yeni nazirləri təyin edəcəyi təqdirdə” yarana biləcək narazılığın qarşısını almaq üçün bu təklifi özü verib.
Qeyd edək ki, Kallas 26 yanvar 2021-ci ildən Estoniyanın baş naziri vəzifəsini icra edir. Onun bu mövqedəki son bəyanatları arasında Qərb müttəfiqlərinə Rusiya və Ukrayna arasında vaxtından əvvəl sülh razılaşmasının qarşısını almağa çağırış da var.
O, həmçinin daha əvvəl bəyan etmişdi ki, NATO alyans ölkələrinə hücumu qeyri-mümkün etmək üçün çəkindirmə mövqeyindən müdafiə mövqeyinə keçməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB