Fransada 620 hektar meşə sahəsi yanıb

Fransada 620 hektar meşə sahəsi yanıb

Fransanın Qard bölgəsində dünən başlayan yanğın 620 hektar ərazini külə çevirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarələr, vertolyotlar və təxminən 700 nəfərlik qrupla alovlara müdaxilə davam edir.
Bordezak və Besseges ərazilərində kiçik yaşayış məntəqələrinin sakinləri evlərindən təxliyyə edilib.

Yanğınsöndürmə briqadası bildirib ki, alovu gücləndirən güclü külək səbəbindən minlərlə hektar meşəlik ərazi təhlükə altındadır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə