ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Sioux Falls-da fırtınanın təsiri ilə səma yaşıllaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Siu şəlaləsində baş verən “derecho” qasırğasının təsiri ilə səma yaşıllaşıb. Göyün rəngi rayon sakinlərini heyrətə gətirib, görüntülər və fotoşəkillər sosial medianın gündəmini zəbt edib.
Mütəxəssislər səmanın niyə yaşıl rəngə çevrildiyi aydın edə bilməyiblər, amma əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meylli olması və mavi işığın gün batmasından qırmızı və sarı işıqla birləşdiyi zaman səmanın yaşıl rəngə çevrilməsidir.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB