Rusiyalı yanğınsöndürənlər ötən sutka 4 390 hektar ərazidə meşə yanğınlarını söndürüblər.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.
Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 4 390 hektar ərazidə 78 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 30 418 hektar sahədə 122 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.




USD
EUR
GBP
RUB