Erməni “gəlhagəli”..?

Bundan əvvəl Ermənistanda qeydiyyat olmadan yaşamaq üçün məhdudiyyət var idi, yəni hər hansı bir şəxs altı aydan çox olmayaraq bu ölkədə yaşaya bilərdi. Amma indi hakimiyyət bu tələbi yumşaltmağa çalışır.

Səbəb isə çox sadədir. Belə ki, martın əvvəlindən, yəni Rusiya-Ukrayna münaqiçəsi başlayandan, Rusiya Federasiyasının 30 minə yaxın vətəndaşı uzunmüddətli(?) yaşamaq üçün İrəvana köçüblər.

Qeyd edim ki, SİA bu barədə erməni saytlarına istinad edir.

Beləliklə, İrəvana köçən bu şəxslər Ermənistanda hesablar açıb, 1,2 mindən çox şirkət və fərdi sahibkar yaradıblar. Bundan əlavə, ruslar, ölkənin sosial imicini dəyişir, ekoloji hərəkat qurur, saytlarda rəylər mədəniyyətini inkişaf etdirirlər.

Vergi ödənişi də, təbii ki, öz yerində...

Nədir priblem...artıq o da həll olunub. Yəni pulun varsa, Ermənistanda nə qədər istəyirsən...yaşa.

Deyilənə görə, Ermənistan banklarında artıq 70 mindən çox Rusiya vətəndaşının hesabı açılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə