Mövlud Çavuşoğlu İndoneziyada səfərdədir

Mövlud Çavuşoğlu İndoneziyada səfərdədir

G20 Xarici İşlər Nazirlərinin Toplantısında iştirak etmək üçün İndoneziyada səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Nazir Çavuşoğlu görüşlə bağlı sosial media hesabından açıqlama verib.

Çavuşoğlu “G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşdüyüm rusiyalı həmkarım Lavrovla (24 fevraldan bəri davam edir) Ukraynadakı müharibə, ərzaq təhlükəsizliyi və Suriyadakı hadisələri müzakirə etdik” deyib.

Çavuşoğlu bundan əvvəl Meksikanın xarici işlər naziri Marselo Ebrard ilə də görüşüb.

Nazir Çavuşoğlu görüşlə bağlı sosial media hesabından açıqlama verib.

“Böyük İyirmiliyin Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində meksikalı həmkarımla (qarşılıqlı) yüksək səviyyəli səfərlərə hazırlığı və Ukrayna da daxil olmaqla regional hadisələri müzakirə etdik”, - deyə o bildirib.

Digər tərəfdən, Mövlud Çavuşoğlunun sədrliyi ilə MİKTA-nın (Türkiyə, Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliya) 21-ci Xarici İşlər Nazirləri Toplantısı keçirilib.

Görüşdə Meksikanın xarici işlər naziri Marselo Ebrard, İndoneziya xarici işlər naziri Retno Marsudi, Cənubi Koreyanın xarici işlər naziri Cin Park və Avstraliyanın xarici işlər naziri Penni Vonq iştirak ediblər.

Nazir Çavuşoğlu görüşlə bağlı "Twitter" hesabında etdiyi paylaşımda

“Ukraynadakı son hadisələri, ərzaq təhlükəsizliyini, ümumi gündəliyimizdəki məsələləri, o cümlədən miqrasiyanı müzakirə etdik” deyib.

Türkiyə MİKTA-ya sədrliyi mart ayında Avstraliyadan təhvil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə