ABŞ Prezidenti Ukraynaya səfər edə bilər

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər edə bilər.

SİA “RK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin nümayəndəsi İqor Jovkva deyib.

“Prezidentimiz Volodimir Zelenskinin dəvəti gündəmdə qalır. ABŞ və Ukrayna Prezidentlərinin iş qrafiki üst-üstə düşərsə, belə bir səfər baş tutacaq. Bəli, biz başa düşürük ki, təhlükəsizlik nüansları da var”, - o bildirib.

Jovkvanın sözlərinə görə, Zelenski və Baydenin müzakirə edəcəyi çoxlu mövzular var.

Eyni zamanda o əlavə edib ki, dünya liderləri demək olar ki, hər gün Kiyevə səfər edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...