Suriyanın şimalında 11 terrorçunu məhv edilib

Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadı olan YPG terror təşkilatının 11 silahlısı zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Sülh mənbəyi” əməliyyatları zonalarında yaraqlıları məhv edib.

Nazirlik qeyd edib ki, Türkiyə ordusu əməliyyatları sürəti azaltmadan davam etdirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə