Türkiyədə avtobus aşıb

Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb. SİA “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, həlak olanlardan biri uşaqdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə