"NATO ölkələri nüvə silahından istifadə etməyə hazır olmalıdırlar”

...Rusiyaya qarşı
"NATO ölkələri  nüvə silahından istifadə etməyə hazır olmalıdırlar”

Əgər Rusiya Ukraynada xüsusi əməliyyat zamanı nüvə silahından istifadə edərsə, o zaman NATO məqsədlərinin ziddiyyətinə görə çıxılmaz vəziyyətə düşəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “news.ru” saytı amerikalı politoloq Riçard Bettsin bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı belə bir zərbədən sonra Moskvanın üstünlüyünü məhdudlaşdırmaq istəyəcək. lakin Alyans gərginliyi azaltmağa da çalışacaq. Eyni zamanda, tərəflərin tammiqyaslı nüvə qarşıdurmasına başlaya biləcəyi variant da istisna edilmir.

Rusiya Federasiyası tərəfindən nüvə zərbəsi endirilməsi halında NATO-nun bir-birinə zidd olan iki məqsədi olacaq. Jurnalist hesab edir ki, bir tərəfdən alyans Moskvanın partlayışdan əldə edə biləcəyi istənilən strateji faydanı inkar etmək istəyəcək, digər tərəfdən isə eskalasiyadan daha da qaçmaq istəyəcək.

Onun sözlərinə görə, bu halda NATO-nun belə bir zərbəyə cavab vermək üçün üç variantı olacaq:

- hərbi qarşıdurma olmadan qınaq,

-cavab nüvə zərbəsi və

- nüvə silahından istifadə etmədən hərbi əməliyyatlara giriş.

Betts hesab edir ki, variantlardan ən məqbul olanı sonuncudur.

Qeyd edək ki, bundan əvvəl Luftwaffe komandanı, general-leytenant İnqo Gerhartz “..lazım gələrsə, NATO ölkələri Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazır olmalıdırlar”-deyə bildirmişdi.

Ağasəf Babayev.

Bütün xəbərlər Facebook səhifəmizdə