Avstraliyanın Sidney şəhərinin on sakini daşqınlar səbəbindən təxliyyə edilmək məcburiyyətində qalıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” məlumat yayıb.
Verilən məlumata görə, bazar ertəsi, iyulun 4-də 30 minə yaxın vətəndaşa evlərini tərk etmək əmri verilib. Həftə sonu, iyulun 2 və 3-də Cənubi Uelsin bəzi ərazilərinə aylıq 350 millimetrə qədər yağıntı düşüb
Buna görə evlər, körpülər su altında qalıb, zibil yeşikləri su basmış yollarda üzməyə, sakinlər isə qayıqla getməyə məcbur olublar.
Bazar ertəsi Nyukasldan Sidneyin cənubuna qədər Yeni Cənubi Uelsin sahillərinə təxminən 100 millimetr daha çox yağış yağacağı gözlənilir. Bundan əlavə, ekstremal hava şəraiti sürüşmələrə səbəb ola bilər, çünki çay hövzələri artıq demək olar ki, doludur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB